EN

Azərbaycan alma ixracından gəlirini artırdı

Bu ilin yanvar ayında Azərbaycan 8 milyon 194 min ABŞ dolları dəyərində 10 min 914 ton alma ixrac edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb Bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1 milyon336 min(19,5 %), həcm baxımından isə 209 ton (1,95 %) çoxdur.Hesabat dövründə alma ixracından əldə edilmiş gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,4 %-ni təşkil edib.Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Chosen
75
7
metbuat.az

10Sources