Bakı. Trend:
Bakıda təşkil olunan “Tərəfdaş Ölkələrin Qabiliyyət UyarlılığıTəşəbbüsü – 2026” təlim kursu çərçivəsində Müdafiə NazirliyininƏməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev vənazirliyin mütəxəssisləri NATO-nun mobil təlim qrupunun heyəti iləgörüşüb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə mobil təlim qrupunun ekspertləri NATO vətəlim kursunun mərhələləri haqqında məlumat veriblər.
Görüşdə peşəkarları bir araya gətirən təlim kursunun çoxmillətliqərargahlarda birgə planlama qabiliyyətinin artırılmasına, bilik vətəcrübə mübadiləsinə, eləcə də ortaq dəyərlərin möhkəmlənməsinəxidmət etdiyi vurğulanıb.
Təlim kursunda aparılan müzakirələrin və keçirilən məşğələlərinböyük əhəmiyyətə malik olması, həmçinin müasir və sürətlə dəyişəntəhlükəsizlik mühitində uzlaşmanın və qarşılıqlı əməkdaşlığınvacibliyi iştirakçıların diqqətinə çatdırılıb.