EN

Zülmlə ev almışam, ərimi harada yerləşdirim?

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müğənni Türkan Vəlizadə şəxsi həyatı və evlilik planları ilə bağlı səmimi etirafları ilə gündəmə gəlib. Sənətçi qazandığı uğurların arxasında böyük zəhmət dayandığını bildirərək indiki maddi vəziyyətini necə qurduğundan danışıb.Demokrat.az milli.az-a istinadla xəbər verir ki, xanım ifaçı ailə qurmaq məsələsində maddiyyatın onun üçün önəmli olduğunu gizlətməyib. O, ailəsini təmin etmək üçün çox çalışdığını vurğulayaraq maraqlı fikir səsləndirib: "Zülmlə işləyib ev-eşik almışam. Evdəkiləri yerləşdirmişəm. İndi ərimi gətirib harada yerləşdirəcəyəm?". Türkan Vəlizadə bu sözləri ilə kasıb şəxslə ailə həyatı qurmağı düşünmədiyini açıq şəkildə ifadə edib.Müğənni həmçinin subay qalmasının səbəbi ilə bağlı ətrafdakıların ona tez-tez suallar ünvanladığını deyib. O, insanların onun kimi baxımlı xanımın tək qalmasına təəccübləndiyini qeyd edərək əlavə edib: "Deyirlər ki, sənin kimi gözəllikdə xanım necə təkdir? Cavab verirəm ki, qarşıma yaxşı bəy çıxmayıb. Qismət Allahdandır".Xasiyyətcə mehriban olduğunu və hər kəslə dil tapa bildiyini deyən sənətçinin bu açıqlamaları sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə olunub. İzləyicilərin bir hissəsi onun dürüstlyünü bəyənsə də, bəziləri müğənninin maddiyyatı ön plana çıxarmasını birmənalı qarşılamayıb.Həmçinin oxu:

'Gecə klubunda olanlardan biri mənəm, Xalq artistini görmüşəm'

'Camaatın əri uşaq deyil ki, konfet verib yanıma gətirim'

'Sənin kirayə qaldığın binada mənim 3 evim var'Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
demokrat.az

1Sources