Pakistanın Kəraçi şəhərinin Solcer Bazar rayonunda yaşayış binasında ehtimal olunan qaz partlayışı nəticəsində azı 16 nəfər ölüb, 14 nəfər yaralanıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Bildirilib ki, hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.
"Cebheinfo.az"