Xocalı rayonunun Xanabad kəndinə yola salınan ailələr mənzil başına çatıblar. 1news.az-ın Trend-ə istinadən məlumatına görə, ilk mərhələdə Xanabad kəndinə 38 ailə (154 nəfər) qayıdıb. Daha sonra ailələrə mənzillərin açarları təqdim ediləcək 12:43 “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə əhalinin mərhələli şəkildə köçürülməsi davam edir. 1news.az-ın Trend-ə istinadən məlumatına görə, 38 ailə (154 nəfər) Ağdam rayonunun Dördyol ərazisindən Xocalı rayonunun Xanabad kəndinə yola salınıb. Qeyd edək ki, sözügedən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmışdılar.