BAKI, 19 fevral. TELEQRAF
Türkiyənin “Qalatasaray” klubunun nigeriyalı futbolçusu Viktor Osimhen karyerasını Avropada davam etdirə bilər.
Teleqraf “Fichajes”ə istinadən xəbər verir ki, hazırda İspaniyanın “Atletiko Madrid”, Almaniyanın “Bavariya” və Fransanın PSJ klubu ulduz oyunçunu transfer etmək istəyir.
Bildirilir ki, hər üç klub Osimhen üçün yay transfer dönəmində hərəkətə keçəcək.
“Transfermarkt”ın məlumatına görə, 27 yaşlı futbolçunun transfer dəyəri 75 milyon avro qiymətləndirilir.