Sabiq prezident Yun Sok Yol 2024-cü ildə qiyam cəhdinə görə məhkum olunub...
Poliqon xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb. Məlumata görə, Cənubi Koreyanın sabiq prezidentiYun Sok Yol 2024-cü ilin dekabrında baş verdiyi bildirilən qiyam cəhdinin təşkili ittihamı ilə məhkəmə qərarı əsasında ömürlük azadlıqdan məhrum edilib.
İstintaq materiallarında sabiq prezidentin hakimiyyət strukturlarına təsir göstərmək və siyasi sabitliyi pozmaq məqsədilə bir sıra addımlar atdığı iddia olunur. Prokurorluq bunu dövlət quruluşuna qarşı ciddi təhlükə kimi qiymətləndirib.
Ekspertlər hesab edir, bu qərar Cənubi Koreya siyasi tarixində ən sərt məhkəmə qərarlarından biri sayılır və ölkədə daxili siyasi balansla yanaşı, regiondakı diplomatik münasibətlərə də təsir göstərə bilər.
Analitiklərin fikrincə, proses həm hüquqi, həm də siyasi baxımdan uzun müddət müzakirə mövzusu olaraq qalacaq. Sabiq prezident tərəfdarlarının qərara etiraz edəcəyi ehtimalı da istisna edilmir.
Poliqon.info