EN

Məşhur model ildə cəmi iki dəfə xəmir yeməyi yeyir

Məşhur model və aparıcı Çağla Şıkel açıqlamaları ilə marağa səbəb olub.

BAKU.WS xəbər verir ki, aparıcı Melis İşitenin yutub layihəsinə qonaq olan model, gərgin iş qrafiki olmağına baxmayaraq görünüşünə diqqət etməsindən danışıb.

"Axşam saat 22:30-da çox erkən yatıram. Səhər 06:30-da oyanıram. Əslində kifayət qədər dincəlirəm. Dayandığım, yəni istirahət etdiyim hissə məhz o olur. Qalan vaxtlarda isə çox aktiv oluram. Onsuz da yuxumu yaxşı aldığım və yaxşı dincəldiyim üçün həmin enerjini gün ərzində gözəl şəkildə paylaya bilirəm".

Çağla Şıkel həmçinin bildirib ki, ildə cəmi 2 dəfə xəmir yeməyi yeyir:

"Mən xəmir yeməklərini, sosiskanı çox sevirəm. 6 ayda bir dəfə yeyirəm. Amma məsələn, sörf edəcəyiksə, o zaman yaxşı yeyirəm. Sosiska çörək də yeyirəm".

Chosen
47
far.az

1Sources