EN

Paris Məhkəməsi Qənimət Zayıdovla bağlı hökm çıxardı

"Demokratiya və İnsan Hüquqları" Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Çingiz Qənizadənin Fransada yaşayan jurnalist Qənimət Zayıdova qarşı 2019-cu ilin noyabrın 6-da Parisdə etdiyi şikayət əsasında Paris Cinayət Məhkəməsi hökm çıxarıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qənizadə keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, Q.Zayıdov 8 avqust 2019-cu il tarixində "YouTube" platformasında yayımlanan "Azərbaycan Saatı" televiziya kanalında ona qarşı "Millət vəkili Çingiz Qənizadə - Qatillər haqqında söhbətlər - Rusiyadan tabutda gələn şəxs" adlı video yayımlayaraq müəllif kimi ictimai böhtan cinayəti törədib: "Qənimət Zayıdov 18 avqust, 25 avqust, 1 sentyabr 2019-cu il tarixlərində rəhbəri olduğu "Azərbaycan Saatı" televiziya kanalında video yayımlayaraq şərəf və ya nüfuzuma xələl gətirən iddiallar və ittihamlar səsləndirib. Fransanın bir sıra qanunlarında nəzərdə tutulan cinayət əməlləri törədib".

Hüquq müdafiəçisinin sözlərinə görə, 5 sentyabr 2025-ci il tarixində keçirilən məhkəmə iclasında Qənimət Zayıdovun ifadəsindən əvvəl sədrlik edən hakim onun fransız dilini kifayət qədər bilmədiyini qeyd edib: "Azərbaycanlı tərcüməçi Haideh Bornak təyin etdi. Daha sonra tərcüməçi lazım olduqda öz xidmətlərini göstərdi. İş elan edildikdə, sədrlik edən hakim cavabdehin iştirakını və şəxsiyyətini qeyd etdi, ona vəkili kömək etdi".

Chosen
55
5
publika.az

10Sources