EN

Türk şirkətləri İtaliyaya pilotsuz suüstü nəqliyyat vasitələrinin hazırlanmasında kömək edəcəklər

Neapolda yerli Piloda Defence şirkəti Türkiyənin HAVELSAN və VN Maritime Technologies şirkətləri ilə İtaliya ehtiyaclarına uyğunlaşdırılmış pilotsuz və hibrid dəniz platformalarının birgə inkişafı və istehsalı üçün strateji tərəfdaşlıq memorandumu imzalayıb.

Herbiand.az bildirir ki, müqavilə sahil nəzarəti, qaçaqmalçılığa qarşı mübarizə və kritik dəniz infrastrukturunun qorunması üçün pilotsuz qayıqların yaradılmasını əhatə edir.

Gələcək pilotsuz qayıqların əsas məqsədlərindən biri yüksək təhlükəli ərazilərdə personal üçün risk olmadan (məsələn, partlayıcı qurğular aşkar edilərkən) patrul xidməti göstərmək, şübhəli gəmiləri sahildəki komanda mərkəzlərinə real vaxt rejimində video ötürülməsi ilə ələ keçirmək, qaçaqmalçılıq və qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün dəniz yollarını davamlı olaraq izləməkdir.

İlk müqavilənin 2026-cı ilin ikinci yarısına qədər imzalanması gözlənilir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
29
herbiand.az

1Sources