EN

Tramp Minajın gözəlliyindən danışdı - "Dərisi, dırnaqları..."

Donald Trump tanınmış rep ifaçısı Nicki Minaja simpatiyasını açıq şəkildə ifadə edib.

Milli.Az xəbər verir ki, ABŞ lideri bu fikirləri Afroamerika Tarixi Ayı münasibətilə təşkil olunmuş tədbirdə səsləndirib.

Tramp çıxışı zamanı sənətçi ilə əvvəlki görüşlərindən birini yada salıb. O, Minajın xüsusilə diqqətini çəkən uzun və baxımlı dırnaqlarından danışaraq, onların təbii olub-olmadığını soruşduğunu qeyd edib. Müğənni isə bu suala konkret cavab verməyib.

"O, həqiqətən çox cazibədardır. Dərisi çox gözəldir. Dırnaqları isə olduqca uzun idi. Üstəlik, baş verənləri yaxşı anlayır. Açığı, ən vacib məsələ də budur", - deyə Tramp bildirib.

Xatırladaq ki, bundan əvvəl Vaşinqtonda keçirilən sammitlərin birində rep ulduzu özünü Trampın ən böyük pərəstişkarı adlandırmışdı. Siyasətçi də buna zarafatla qarşılıq verərək yenidən onun manikürünü tərifləmiş və hətta eyni üslubda dırnaq düzəltdirə biləcəyini demişdi. 

Asya
Milli.Az 

Chosen
38
milli.az

1Sources