Bakı. Trend:
Gürcüstanın xüsusi xidmət orqanları Kutaisi şəhərində radioaktivmaddələr əldə etməyə çalışan 2 xarici ölkə vətəndaşınısaxlayıb.
Trend xəbər verirki, bu barədə Gürcüstanın Təhlükəsizlik Xidmətinin nümayəndəsi LaşaMaqradze açıqlama verib.
Həmin şəxslərin uran və sezium-137 maddələri almağa çalışdığıbildirilir.
“Cinayət planını həyata keçirmək üçün xarici vətəndaşlar sonhəftələr ərzində radioaktiv maddələrin ölkə xaricinə çıxarılmasıüçün əlverişli şərait yaratmaq məqsədilə mütəmadi olaraq Gürcüstanagəlirdilər”, – deyə Maqradze cümə axşamı keçirilən brifinqdəbildirib.
O qeyd edib ki, fakt üzrə istintaq “terrorçuluq” maddəsi iləaparılır.
Saxlanılmaın təfərrüatları barədə məlumat verilmir.