Meyxanaçı Aydın Sani qatıldığı "Rəngarəng" verilişində maraqlı açıqlamaları ilə diqqət çəkib.
Ölkə.az milli.az-a istinadən xəbər verir ki, sənətçi gündəlik həyat xərclərindən və dolanışıq şərtlərindən danışıb.
O, bildirib ki, yaşadığı mühiti, geyim-keçim xərclərini, eləcə də xeyir-şər mərasimləri üçün tələb olunan vəsaiti nəzərə alanda aylıq 1200-1500 manat gəlirin onun üçün kifayət edəcəyini düşünür:
"Biləm ki, bu qədər maaş alıram, özümü də dolandıraram, ailəmə də çatdıraram. Hətta dostlarıma da haradasa dəstək ola bilərəm", - deyə meyxanaçı vurğulayıb.
Aydın Sani hazırkı dövrdə maddi ehtiyatın və ya güvənə biləcəyin dost çevrəsinin önəmli olduğunu qeyd edib: "Elə bir zamanda yaşayırıq ki, ya ehtiyat pulun olmalıdır, ya da arxanda dayanan dostun. Şükür, özüm də qazanıb dolanıram, dostum da var".
Onun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.