EN

İdmançımız Avrasiya çempionatının qalibi oldu - FOTO

Yazını böyüt
Yazını kiçilt

Laçın şəhərindən olan keçmiş məcburi köçkün ailəsinin üzvü 29 nömrəli Laçın tam orta məktəbinin 9-cu sinif şagirdi Məhəmməd Rüstəmli beynəlxalq arenada növbəti böyük uğura imza atıb.

Hafta.az xəbər verir ki, gənc idmançı Beynəlxalq Həvəskar Qreplinq Assosiasiyası (AİGA) tərəfindən keçirilən Avrasiya çempionatında qızıl medal qazanıb.

30-dan çox ölkənin və 90-dan artıq idman akademiyasının qatıldığı nüfuzlu turnirdə o, həm fərdi, həm də komanda hesabında fərqlənərək 1-ci yeri tutub. Məhəmməd Rüstəmlinin yüksək hazırlıq səviyyəsi AİGA-nın rəsmi platformalarında nümunəvi iştirak kimi xüsusi vurğulanıb.

Uzun illər çətin şəraitdə yaşamış Rüstəmlilər ailəsi dövlət tərəfindən həyata keçirilən sosial proqramlar çərçivəsində "Qobu Park-1" yaşayış kompleksində müasir və rahat mənzillə təmin olunub. Yaşayış kompleksindəki geniş idman infrastrukturu Məhəmməd kimi gənclərin peşəkar idmanla məşğul olmasına real imkanlar yaradıb.

Gənc çempion doğma Laçın şəhərinin işğaldan azad olunmasını böyük qürurla qarşıladığını bildirib:

"Əldə etdiyim uğurlara, bizə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdaram. Əsas arzum tezliklə doğma Laçına qayıtmaq, orada idmanın inkişafına töhfə vermək və gənclərin sağlam həyat tərzini təşviq etməkdir".

Chosen
41
14
hafta.az

10Sources