
Pakistanın Karaçi şəhərində üçmərtəbəli mənzil binasının birinci mərtəbəsində yanğın baş verib.
Missiya.Az xəbər verir ki, partlayış nəticəsində 4-ü uşaq olmaqla 13 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.
Partlayış binanın bir hissəsinin çökməsinə səbəb olub. Partlayışın dəqiq səbəbi hələ müəyyən edilməyib.
Hadisə yerinə göndərilən axtarış-xilasetmə qrupları dağıntılar altından bir neçə nəfəri xilas edib. Dağıntılar altında qaldığı güman edilən iki nəfərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
SeyranÉ™ Quliyeva
Missiya.Az