EN

Şoyqu İrəvanı hədələdi: Ermənistanda bu sistem bir gecəyə çökə bilər

Ermənistanın dəmir yolu sistemi bir gecənin içində çökə bilər.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin dəmir yollarının idarə edilməsində Rusiyanı əvəzləmək istəyi yanlış düşünülmüş qərardır.

Şoyqu hesab edir ki, bu baş verəcəyi təqdirdə, onların qurduğu sistem bir gecənin içində çökə bilər: “Təxminən 20 il ərzində qurulmuş sistem sadəcə bir gecədə çökə bilər”.

Chosen
78
10
aznews.az

10Sources