EN

Zelenskinin istefası üçün şərtlər açıqlanıb

“Ukrayna korrupsiyaya qarşı mübarizə orqanları Prezident Volodimir Zelenskiyə qarşı kifayət qədər dəlil toplayarsa, o istefa verməyə məcbur olacaq”.

Missiya.Az xəbər verir ki, bunu Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov deyib.

"Lakin Zelenskinin birbaşa iştirakını təsdiqləyən kifayət qədər dəlil varsa və şübhəsiz ki, olacaq və artıq da var, onda görünür, amerikalılar icazə verəcəklər və o, qaça bilməyəcək, istefa verməli olacaq", - deyə siyasətçi vurğulayıb.

Azarovun sözlərinə görə, Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) statusuna görə hələlik Ukrayna liderinə qarşı istintaq aça bilmir.

Qeyd edək ki, ötən ilin noyabr ayından bəri NABU Ukrayna rəsmilərinə qarşı bir neçə böyük araşdırma aparıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
17
missiya.az

1Sources