EN

4 ölkə üçün Azərbaycana viza tələbi ləğv edildi

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin və Bəhreyn Krallığının ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının 2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının ərazisinə daxil olması üçün viza tələbi ləğv edilib.

Bu barədə Publika.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni qaydaların qüvvədə olduğu dövr ərzində müvafiq ölkə vətəndaşları Azərbaycan Respublikasına üç dəfə vizasız gələ və hər girişdə 30 günədək qala bilərlər. Ölkə ərazisinə turizmdən fərqli məqsədlər ilə gəlmək və ya burada uzunmüddət qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.

Həmçinin Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin, Bəhreyn Krallığının və Qətər Dövlətinin aidiyyəti dövlət qurumları tərəfindən rəsmiləşdirilmiş etibarlıq müddəti ən azı 6 ay olan müvəqqəti və ya daimi yaşayış icazələrinə malik üçüncü ölkə vətəndaşları üçün müvafiq müddət çərçivəsində bir girişli 30 günlük turizm məqsədli vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əldə edilməsi imkanı yaradılıb.

Chosen
99
44
publika.az

10Sources