EN

“Terrorsuz Türkiyə” hesabatı: Türk və kürdlər “qardaş və eyni taleyi paylaşan xalqlardır”

Türkiyə Böyük Millət Məclisi (TBMM) “Terrorsuz Türkiyə” prosesinə dair mühüm qərar qəbul edib.

"Yeni Sabah" CNN Türk-ə istinadla xəbər verir ki, Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının hazırladığı 83 səhifəlik hesabat səs çoxluğu ilə təsdiqlənərək prosesin yeni mərhələsinə start verilib.

Komissiyanın 6 aylıq fəaliyyəti nəticəsində hazırlanmış sənəd 47 lehinə, 2 əleyhinə və 1 bitərəf səslə qəbul edilib. Müxalifət partiyalarının əksəriyyəti, bəzi iradlara baxmayaraq, hesabatı dəstəkləyib.

TBMM sədri Numan Kurtulmuş bildirib ki, sənəd Türkiyədə ictimai barışın möhkəmləndirilməsi, hüquq və azadlıqların genişləndirilməsi və demokratik sistemin gücləndirilməsi istiqamətində mühüm addımdır. Onun sözlərinə görə, bu hesabat yekun deyil, gələcək addımlar üçün əsas istiqamətverici sənəd rolunu oynayacaq.

Hesabatda ümumi amnistiyanın nəzərdə tutulmadığı qeyd olunub. Terror təşkilatı üzvləri ilə bağlı qərarlar yalnız hüquqi prosedurlar çərçivəsində qəbul ediləcək.

Sənəddə prosesin ən mühüm mərhələsinin PKK terror təşkilatının silahı tam təhvil verməsi və özünü ləğv etməsini təhlükəsizlik qurumlarının təsdiqləməsi olduğu vurğulanıb. Eyni zamanda, sənəddə türk və kürd xalqlarının “qardaş və eyni taleyi paylaşan xalqlar” olduğu ifadə edilib.

Gözlənilir ki, yaxın günlərdə silahı təhvil verən şəxslərin cəmiyyətə reinteqrasiyası ilə bağlı yeni qanun layihələri hazırlanaraq parlamentin müzakirəsinə təqdim ediləcək.


Telegram kanalımız
Chosen
75
yenisabah.az

1Sources