EN

"Neokolonializm memarlıq və mədəniyyət sahələrində də özünü büruzə verir"

BAKI, 19 fevral. TELEQRAF

Afrika sivilizasiyasının mədəni irsinin qorunması və bu irsin dünya miqyasında düzgün təqdim edilməsi vacibdir.

Teleqraf xəbər verir ki, bu barədə Togo antropoloq, "Qara Sivilizasiya" Muzeyinin idarə heyətinin üzvü (Musée National des Civilisations Noires), “L’Africaine d’Architecture” platformasının təsisçisi Sename Kofi Aqbodjinu bu gün Bakıda keçirilən “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

“Neokolonializm yalnız iqtisadi deyil, həm də memarlıq və mədəniyyət sahələrində özünü büruzə verir”, - o qeyd edib.

Antropoloq Bakı platformasının bu cür qlobal problemlərin müzakirəsi üçün əhəmiyyətli bir məkan olduğunu qeyd edərək, fərqli xalqların bərabərhüquqlu inkişafı üçün beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Chosen
61
teleqraf.com

1Sources