EN

Elvin Cəfərquliyev: “Səfərdə bizi bu qarşılaşmadan üçqat ağır oyun gözləyir”

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Pley-off mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olduğum üçün çox qürurluyam”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev “Nyukasl”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

“Qarabağ”ın yeganə qolunun müəllifi olan E.Cəfərquliyev buna görə sevincli olduğunu vurğulayıb:

“Pley-off mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olduğum üçün çox qürurluyam. Əgər bu gün qələbə qazansaydıq, daha çox sevinərdim. Səfərdə bizi bu qarşılaşmadan üçqat ağır oyun gözləyir. Birinci növbədə psixoloji cəhətdən toparlanmalıyıq. Sonra isə bərpa prosesinə fokuslanmaq lazımdır. Növbəti qarşılaşmada daha yaxşı oyun göstərməyə çalışacağıq”.

O, məğlub olduqları matçla bağlı fikirlərini bölüşüb: “Azərbaycan indiyə kimi bu səviyyədə oyun görməmişdi. Çempionlar Liqasının pley-off mərhələsinə qədər gəlib çıxmışıq. Azarkeşlərin bizdən qələbə gözləməsi başadüşüləndir. Çalışacağıq ki, növbəti oyunlarda onları sevindirək”.

Qeyd edək ki, “Qarabağ” - “Nyukasl” matçı qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib. Cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
3
icma.az

4Sources