EN

Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans başlayıb

Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans başlayıb.

Far.Az report-a istinadən xəbər verir ki, tədbirə ilk dəfə olaraq müstəmləkə ərazilərində yerli əhali ilə bilavasitə ərazidə işləyən antropoloqlar və psixoterapevtlər, həmçinin bu ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbərləri və neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar qatılırlar.

Bugünkü konfransda iştirakçıların müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəçiliyə məruz qalmış xalqların travmatik və sosial təcrübəsinin öyrənilməsi ilə bağlı məsələləri, müstəmləkəçi dövlətlərin qanunsuz fəaliyyəti nəticəsində yaranan struktur problemləri müzakirə edəcəkləri gözlənilir.

Bu təcrübənin sənədləşdirilməsi, təhlili və beynəlxalq səviyyəyə çıxarılması üçün informasiyaya çıxış mövzusu da tədbirinin gündəmində olacaq.

Rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual sistemləri ilə inteqrasiyası, kolonializmi tədqiq edən beynəlxalq tədqiqat qrupları, ekspertlər və məhkəmə materialları üçün əlçatanlığın təmin edilməsi məsələləri də bu gün nəzərdən keçiriləcək.

Qeyd edək ki, tədbir Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilir.

Chosen
50
8
far.az

7Sources