EN

Bu stomatoloji prosedurlar faydasızdır -Həkimdən AÇIQLAMA

Stomatoloq-implantoloq, tibb elmləri namizədi İqor Kuzmin bəzi hallarda stomatoloji kabinetlərdə tətbiq olunan və zəruri sayılmayan prosedurlardan danışıb.

Redaktor.az xəbər verir ki, o, bu haqda aif.ru ya danışıb.

Həkimin sözlərinə görə, ən çox yayılmış yanlış yanaşmalardan biri sağlam ağıl dişlərinin “ehtiyat üçün” çıxarılmasıdır. O bildirib ki, cəmiyyətdə ağıl dişlərinin əvvəlcədən götürülməsinin gələcək problemlərin qarşısını alacağına dair fikir formalaşıb və bu, bir çox insan üçün sanki məcburi prosedura kimi qəbul edilir.

Kuzmin vurğulayıb ki, əgər ağıl dişi tam çıxıbsa, düzgün vəziyyətdə yerləşirsə, çeynəmədə iştirak edirsə, gigiyena üçün əlçatandırsa və ağrı və ya iltihab yaratmırsa, tibbi baxımdan digər dişlərdən heç bir fərqi yoxdur. Belə halda onun çıxarılması zəruri hesab edilmir.

Həkim əlavə edib ki, istənilən sağlam dişin çıxarılması profilaktik tədbir deyil, cərrahi əməliyyatdır və müəyyən risklərlə müşayiət olunur. Bu risklərə diş yuvasında iltihab, sağalma müddətinin uzanması və sinirin zədələnməsi daxildir.

Aytəkin TOFİQQIZI

Chosen
43
1
redaktor.az

2Sources