EN

Tanınmış jurnalist İsraildə saxlanılıb

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Tanınmış amerikalı jurnalist Taker Karlson ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi ilə müsahibədən sonra saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail"  qəzeti yazır. 

Qeyd olunur ki, keçmiş "Fox News" aparıcısı Karlson Hakabi ilə görüşmək üçün Təl-Əvivə uçub. 

Karlson "Daily Mail" qəzetinə verdiyi açıqlamada bildirib ki, Tel-Əvivdə Mayk Hakabi ilə müsahibədən qısa müddət sonra İsrail rəsmiləri onun pasportunu müsadirə edib və prodüserini dindirmə otağına aparıblar.

"Özlərini hava limanının təhlükəsizlik işçiləri kimi təqdim edən şəxslər pasportlarımızı aldılar, prodüserimizi ayrı bir otağa apardılar və sonra səfir Hakabi ilə nələri müzakirə etdiyimizi soruşdular. Bu, qəribə idi", - deyə Karlson bildirib.

Qeyd edək ki,  Karslan İsraili Qəzzada hərbi əməliyyatlarına görə tez-tez tənqid edir. 

Gülayə Mecid 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
1
unikal.az

2Sources