EN

Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb

Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılaraq, onun əsasnaməsi təsdiq edilib.

AFN.az xəbər verir ki, sözügedən agentliyin yaradılması barədə qərar fevralın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclası zamanı qəbul olunub. İclasa maliyyə naziri Sahil Babayev rəhbərlik edib.

Agentliyin əsas funksiyası dövlət mülkiyyətində olan müəssisələrin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli büdcə proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirməkdir. Bu addım büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamının gücləndirilməsi və şəffaflığın artırılması məqsədi daşıyır.

Bundan başqa, nazirliyin və strukturuna daxil olan digər qurumların əsasnamələrinə yeni səlahiyyətlərin əks etdirilməsi üçün müvafiq dəyişikliklər edilib. İclasda həmçinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tətbiqi və dövlət borcunun idarə edilməsi sahəsində görülən işlər müzakirə olunub.

Chosen
31
10
afn.az

10Sources