EN

CBS: ABŞ bu həftə sonu İrana zərbə endirməyi düşünür

ABŞ administrasiyası bu həftə sonu İrana zərbə endirməyi düşünür, lakin hələlik yekun qərar verməyib. CBS News bu barədə çərşənbə günü mənbələrə istinadən məlumat verib.

Mənbələrinə görə, milli təhlükəsizlik rəsmiləri ABŞ prezidenti Donald Trampa "ordu şənbə günü İrana mümkün zərbələrə hazırdır, lakin hər hansı bir hərəkətin vaxtı çox güman ki, dəyişəcək" məlumat veriblər. CBS News-un vurğuladığı kimi, Ağ Ev "gərginləşmə risklərini, eləcə də potensial hücumdan çəkinməyin siyasi və hərbi nəticələrini qiymətləndirərək" yekun qərar "hələ verilməyib".

26 yanvarda Vaşinqton "nəhəng bir armada"nın İrana doğru irəlilədiyini elan etdi. Amerika tərəfi Tehranın danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi nəzərdə tutan "ədalətli və bərabər" bir razılaşma əldə edəcəyinə ümid etdiyini bildirdi. ABŞ 2025-ci ilin yayında İslam Respublikasına qarşı zərbələrə istinad edərək "növbəti hücumun daha da pis olacağı" barədə xəbərdarlıq etdi və "bunun baş verməsinin qarşısını almağa" çağırdı.

17 fevralda Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə danışıqlarının ikinci mərhələsi Cenevrədə keçirildi. Omanın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, tərəflər gələcək nüvə sazişinin layihəsinə daxil edilə biləcək bir neçə məsələdə qarşılıqlı anlaşma əldə ediblər. ABŞ vitse-prezidenti J.D. Vance məsləhətləşmələrin bəzi aspektlər üzrə yaxşı keçdiyini, lakin Tehranın hələ Ağ Ev tərəfindən irəli sürülən bir neçə prinsipial mövqeyi qəbul etməyə hazır olmadığını bildirdi. Tərəflər növbəti danışıqlar mərhələsinin vaxtını və yerini açıqlamayıblar.

Əziz MUSTAFA

Chosen
33
6
oxumeni.az

9Sources