EN

"Mançester Yunayted" "Barselona"ya 40 milyon avro təklif edəcək

Bakı. Trend:

"Barselona"nın müdafiəçisi Alexandro Balde karyerasını İngiltərəPremyer Liqasında davam etdirəcək.

Trend xəbər verir ki,"Mançester Yunayted" ispaniyalı futbolçunu transfer etmək istəyir.Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" Baldeni yayda heyətinə qatmağa qarışacaq.İngiltərə klubu 22 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyonavroluq təklif göndərəcək.

Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir.İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisininheyətində meydana çıxdığı 32 rəsmi matçda 3 qol ötürməsi ilə yaddaqalıb.

Chosen
46
2
az.trend.az

2Sources