EN

Gürcüstanın xarici işlər naziri: Aİ-nin Tbilisiyə təzyiqi səhvdir

Avropa İttifaqı (Aİ) Gürcüstanın ayrılmaz hissəsi olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) inkişaf etdirməlidir.

"Far.Az"un məlumatına görə, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bunu "Imedi TV"yə müsahibəsində bildirib.

Xarici işlər nazirinin sözlərinə görə, Aİ-nin marşrutun inkişafında marağına baxmayaraq, Brüssel Tbilisi ilə dialoq əvəzinə təzyiq dilini seçir.

"Avropa İttifaqının iqtisadi təhlükəsizliyi üçün Gürcüstanın həlledici komponent olduğu Orta Dəhlizin inkişafına çox ehtiyac duyduğu və Brüsselin Gürcüstanla münasibətlərində dialoq əvəzinə təzyiqi yenidən seçdiyi bir vaxtda bu, Brüsseldə oturan bürokratiya tərəfindən edilən strateji səhvdir", - M.Boçorişvili bildirib.

Chosen
64
far.az

1Sources