EN

Çempionlar Liqası: “Qarabağ” Bakıda “Nyukasl”a böyük hesabla məğlub oldu –YENİLƏNİB, VİDEO

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. 

 

Senzor.az bildirir ki, Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Ağdam təmsilçisi 1:6 hesabı ilə məğlub olub. 

 

Qonaqların heyətində Entoni Qordon poker edib. Digər qollara isə Malik Tiau və Ceykop Mörfi imza atıblar.

 

Komandamızın heyətində yeganə qolu Elvin Cəfərquliyev vurub.

 

Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edib.

 

Komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda “Çelsi” və ya “Barselona” kollektivlərindən biri ilə qarşılaşacaq.


**10:00


"Qarabağ" ilk dəfə vəsiqə qazandığı UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk oyununu keçirəcək.

 

Senzor.az bildirir ki, Azərbaycan çempionu tarixi görüşdə İngiltərənin "Nyukasl" klubunu qəbul edəcək. 

 

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Matçı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edəcək.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda İngiltərənin "Çelsi" və ya İspaniyanın "Barselona" klublarından biri ilə qarşılaşacaq.

Chosen
25
2
senzor.az

10Sources