EN

Temperatur enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ


Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.
Gender.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək.
Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.

Chosen
27
46
gender.az

10Sources