Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq Ağdam təmsilçisi İngiltərə "Nyukasl"ını Bakıda qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayıb. Oyunu norveçli referi Espen Eskos idarə edəcək.
Bu komandalar arasında cavab matçı isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.
Liqa mərhələsində 10 xalla "Qarabağ" 22-ci, "Nyukasl" isə 14 xalla 12-ci yeri tutmuşdu.
Xatırladaq ki, "Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda "Barselona" və ya "Çelsi" ilə üz-üzə gələcək.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə) - 0:4 (Birinci hissə)
Qol: Qordon, 3, Tyau, 9, Qordon, 32-pen.; Qordon, 34
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad
VAR: Rob Diyperink
AVAR: Dennis Hiqler
Tofiq Bəhramov adına Respublika Stadionu