AZ

Qarabağ Nyukasl a böyük hesabla məğlub oldu

Azpost saytına istinadən ain.az xəbər verir.

Bu gün “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxıb.

Ağdam təmsilçisi İngiltərə “Nyukasl”ını Bakıda qəbul edib. Matç rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında cavab matçı isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Liqa mərhələsində 10 xalla “Qarabağ” 22-ci, “Nyukasl” isə 14 xalla 12-ci yeri tutmuşdu.

Xatırladaq ki, “Qarabağ” – “Nyukasl” cütünün qalibi 1/8 finalda “Barselona” və ya “Çelsi” ilə üz-üzə gələcək.

Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar

21:45. “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə) – 1:6

Qollar: Qordon, 3 (0:1), Tyau, 9 (0:2), Qordon, 32-pen. (0:3); 34 (0:4), 45-pen. (0:5), Elvin Cəfərquliyev, 54 (1:5), Merfi, 72 (1:6)

Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad

VAR: Rob Diyperink

AVAR: Dennis Hiqler

Tofiq Bəhramov adına Respublika Stadionu

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
11
azpost.info

10Mənbələr