EN

Misli premyer-liqası TOP-50-də

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı 50 milli çempionatının yeni reytinq siyahısını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, Misli premyer-liqası reytinqdə 1991,5 xalla 41-ci pillədə qərarlaşıb.

Dünyanın ən güclü milli çempionatı kimi İngiltərə premyer-liqası seçilib. İkinci pillədə Braziliya A Seriyası yer alıb. İtaliya A Seriyası isə ilk "üçlüy"ü tamamlayıb. İspaniya La Liqası və Almaniya bundesliqası isə müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıb.

Qeyd edək ki, qurum siyahını tərtib edərkən 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan dövrdə liqaların beynəlxalq arenadakı nəticələrini və ümumi göstəricilərini əsas götürüb.

Chosen
32
3
football-plus.az

4Sources