EN

SON DƏQİQƏ - "Səbail" Adil Şükürovla vidalaşdı!

"Səbail"də ayrılıq yaşanıb.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, Bayıl təmsilçisi baş məşqçi Adil Şükürovla yolları ayırıb. Buna komandanın uğursuz nəticələri səbəb olub.

Belə ki, "dənizçilər" mütəxəssisin rəhbərliyi altında keçirdiyi 6 oyunda cəmi 2 qələbə qazanıb. "Difai" və "Zaqatala"nı məğlub edən komanda "Şimal" və MOİK-ə uduzub. "Şahdağ Qusar" və "Şəfa"ya qarşı oyunlarda isə "sülh" qeydə alınıb. Kəsəsi, kollektivin mümkün 18 xaldan cəmi 8 xal qazanması rəhbərliyi qane etməyib. Belədə mütəxəssis bu gün keçirilən "hərbçilər"lə matçdan sonra (0:1) vəzifəsindən azad olunub.

Xatırladaq ki, "Səbail" 26 xalla 3-cü pillədədi. Kollektiv liderdən - "Şəfa"dan 6 xal geridədi. Elgiz Kərəmlinin komandası sabah "Mingəçevir"i məğlub etsə, bu fərq daha da artacaq.

KƏNAN BAHADIR

Chosen
46
1
football-plus.az

2Sources