ain.az, Sia Az portalına istinadən məlumat yayır.
O, uşaqlardan qiymətli əşyalar və geyimlər götürürdü...
...SİA-nın əldə etdiyi məlumata görə, UPI xəbər verir ki, Yeni Zelandiyanın Apanui şəhərində yerli bir pişik ibtidai sinif şagirdlərinin şəxsi əşyalarını gizlicə bir il ərzində oğurlayıb.
Dördayaqlı oğrunun cinayətkar fəaliyyəti yalnız CCTV görüntülərinə baxıldıqdan sonra dayandırılıb.
Direktor Marama Stüart bildirib ki, şübhələr ayaqqabı, dəsmal və üzgüçülük geyimlərinin daim yoxa çıxması səbəbindən yaranıb.
Hadisələr xüsusilə məktəbin üzgüçülük hovuzunun işlədiyi dövrlərdə tez-tez baş verirmiş.
Şagirdlər üzgüçülük gödəkçələrinin yoxa çıxmasından şikayətləniblər və daha sonra bəzi əşyalar məktəb həyətinin müxtəlif yerlərində atılmış vəziyyətdə tapılıb.
Məktəb işçiləri üzgüçülük geyimlərinin izsiz yoxa çıxmasını araşdırmaq qərarına gəliblər.
Görüntülərə baxdıqdan sonra onlar ağzında başqa bir qənimət daşıyan özünəinamlı qara pişiyi görüblər.
Tezliklə müəllimlər köməkçi binalardan birinin arxasında oğurlanmış əmlakın əsl gizlədildiyini aşkar ediblər.
Məlum olub ki, pişik qonşu evdə yaşayır və sahibi ev heyvanının uzun müddətdir ki, “xırda əxlaqsızlıq”(?) və oğurluğa meylli olduğunu təsdiqləyib.
Məktəbdə oğru pişiyə uşaq nağıl personajının şərəfinə Slinki Malinki ləqəbi verilib.
...Və məktəb rəhbərliyi bu qəribə hadisəni tədris anına çevirmək qərarına gəlib. Belə ki, oğru pişiyin hekayəsinin tədris planına daxil edilməsi və yaradıcı yazı və esse mövzusu kimi istifadə edilməsi planlaşdırılır.
Bundan əlavə, müəllimlər ümid edirlər ki, Slinki Malinkinin nümunəsi uşaqlara nizam-intizam hissi aşılayacaq: indi şagirdlərə əşyalarının yerli tüklü oğru üçün kuboka çevrilməməsi üçün onları müntəzəm olaraq çantalarına qoymaları xatırladılacaq.
...Və SİA-nın əlavəsi: Kleptomaniya, maddi dəyəri olmayan və ehtiyac duyulmayan əşyaları oğurlamaq üçün nəzarətsiz bir istəklə xarakterizə olunan xroniki bir ruhi xəstəlikdir.
Nazlı Almuradova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.