EN

İrəvanda atışma: yeddi yaralıdan biri xəstəxanada ölüb

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Polis hadisənin bütün hallarını aydınlaşdırmaq üçün əməliyyat və istintaq tədbirləri görür

İrəvanın Ajapnyak rayonunda atışma olub. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, internetdə bir qrup insanın bir-birinə atəş açdığını göstərən videogörüntülər yayılıb.

Baş verən atışma ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, polis əməkdaşları hadisənin bütün hallarını aydınlaşdırmaq üçün əməliyyat və istintaq tədbirləri görürlər.

Qeyd edilib ki, Ajapnyak rayonunda baş verən atışmada xəstəxanaya yerləşdirilən 7 nəfərdən biri ölüb. Ermənistan Tibb Mərkəzinin baş direktorunun müavini Aşot Kurginyan bildirib ki,xəstəxanaya yeddi nəfər gətirilib. Onlardan biri ölüb, ikisinin vəziyyəti ağırdır, digərlərinin vəziyyəti isə həm stabil, həm də ağırdır.

“Biz küçənin düz qarşısındakı binada yaşayırıq. Güllə səsləri eşitdik və bağçada oynayan uşaqlar qorxudan qaçdılar; hətta onlardan biri qorxudan yıxıldı", - Ajapnyak rayonunun sakini jurnalistlərə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
ayna.az

1Sources