EN

Azərbaycan təmsilçisi Qış Olimpiya Oyunlarında növbəti mərhələyə yüksəldi

Azərbaycan təmsilçisi Milan-Kortina-2026 Qış Olimpiya Oyunları çərçivəsində mübarizəyə start verib.

90deqiqe.Az xəbər verir ki, dağ xizəyinin slalom növündə çıxış edən Anastasiya Papatoma Kortina d'Ampezzoda yerləşən Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda ilk enişini tamamlayıb.

92-ci start nömrəsi ilə yarışa qoşulan idmançı məsafəni 1:01.81 saniyəyə qət edib. Bu nəticə ilə o, 95 iştirakçı arasında 59-cu pillədə qərarlaşıb. Papatoma göstərdiyi nəticə sayəsində növbəti mərhələyə vəsiqə qazanmağı bacarıb.

Təmsilçimizin çıxışını Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev tribunadan izləyiblər.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 xal toplayaraq 29 iştirakçı arasında sonuncu yeri tutub və yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycan Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında iki idmançı ilə təmsil olunur. Oyunlara fevralın 22-də yekun vurulacaq.

Chosen
26
3
90deqiqe.az

6Sources