Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi İngiltərənin “Nyukasl” kollektivini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq. Norveçdən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
18 fevral
“Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə)
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45
Baş hakim: Espen Eskas
Baş hakimin köməkçiləri: Yan Erik Enqan, İsaak Elias Başevkin
Dördüncü hakim: Siqurd Krinqstad
(Hakimlər briqadası Norveçdəndir)
VAR: Rob Dieperink (Niderland)
AVAR: Dennis Hiqler (Niderland)
saytlarin hazirlanmasi