EN

Əsgərə yumruq atan futbolçu həbs edildi

Ukraynada Kolos Kovalivka klubunun sabiq futbolçusu Daniil Kolesnik hərbi qulluqçuya bədən xəsarəti yetirdiyinə görə polis tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Kiyev vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçuya qarşı cinayət işi açılıb və onu 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Polisin açıqlamasına görə, hadisə Svyatopetrovskoe kəndində baş verib. Kolesnik hərbi qeydiyyat sənədlərinin yoxlanılması ilə məşğul olan hərbçiləri gördükdən sonra onlardan biri ilə mübahisə yaradıb. Daha sonra o, qəsdən hərbçiyə yumruqla zərbə endirib və nəticədə zərərçəkən şəxs bədən xəsarəti alıb.

Operativ-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanları cinayətdə şübhəli bilinən şəxsin kimliyini müəyyən ediblər. 24 yaşlı futbolçu Ukraynanın Cinayət-Prosessual Məcəlləsinin 208-ci maddəsinə əsasən saxlanılıb.

Chosen
111
publika.az

1Sources