EN

250 milyonluq villalarını qızının adına keçirdi

Türkiyəli məşhur müğənni Ebru Gündeşin qızı Alara Zarraba miras qoyduğu iddia edilən malikanələr yenidən müzakirə mövzusuna çevrilib.

News365.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, İstanbulun Kanlıca səmtində yerləşdiyi deyilən 250 milyon lirə (təxminən 13 milyon manat) dəyərində 2 əkiz villasını övladının adına rəsmiləşdirib. Məsələ ilk dəfə ötən il gündəmə gəlsə də, yeni paylaşımlar mövzunu yenidən diqqət mərkəzinə gətirib.

Qeyd edək ki, Alara Zərrab müğənninin iş adamı Rza Zarrabla evliliyindən dünyaya gəlib. 2010-cu ildə başlayan evlilik 2021-ci ildə rəsmi olaraq başa çatıb. Ayrılıqdan sonra Gündeş qızını mediadan uzaq saxlamağa üstünlük verib. (Milli.Az)

Chosen
16
2
news365.az

3Sources