EN

"Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir -İcma

"Amnesty International" təşkilatı fevralın 17-də Azərbaycan məhkəməsinin erməniəsilli şəxslər barədə çıxardığı hökm barədə tamamilə əsassız, böhtan xarakterli açıqlama ilə çıxış edib.

“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

"İlk öncə vurğulamaq istərdik ki, Qərbi Azərbaycan İcması müxtəlif vaxtlarda "Amnesty International" təşkilatına Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına kömək etməsi xahişi ilə müraciət etmişdi. Lakin təşkilat olduqca mücərrəd cavab verərək ədaləti dəstəkləməkdən boyun qaçırmışdır",- bəyanatda qeyd olunub.

İcma vurğulayıb ki, 17 fevral açıqlaması ilə "Amnesty International" bu mücərrəd cavabın səbəblərini bir daha göstərib: "Amnesty International" özünün kağız üstündə bəyan etdiyi nəcib dəyərlərə xəyanət edərək işğalçının, etnik təmizləmə, bir həftə sonra 34-cü ildönümü anılacaq Xocalı soyqırımını törədən canilərin yanında olduğunu, insan haqlarına, insan iztirablarına, humanitar fəlakətlərə yalnız siyasi prizmadan yanaşdığını nümayiş etdirmişdir. "Amnesty International" belə saxtakar mövqeyi ilə bu gün dünyada beynəlxalq təsisatlara etibarın kəskin şəkildə zədələnməsinə öz "töhfəsi"ni verməkdədir".

Chosen
14
19
ikisahil.az

10Sources