AZ

“Amnesty International”ın erməniəsilli şəxslər barədə açıqlaması tamamilə əsassız hesab edilir - İcma

Bakı. Trend:

2026-cı il fevralın 17-də “Amnesty International” təşkilatıAzərbaycan məhkəməsinin erməniəsilli şəxslər barədə çıxardığı hökmbarədə tamamilə əsassız, böhtan xarakterli açıqlama ilə çıxışedib.

Trend xəbər verir ki, bubarədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

"İlk öncə vurğulamaq istərdik ki, Qərbi Azərbaycan İcmasımüxtəlif vaxtlarda “Amnesty International” təşkilatınaErmənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuşhüquqlarının bərpasına kömək etməsi xahişi ilə müraciət edib. Lakintəşkilat olduqca mücərrəd cavab verərək ədaləti dəstəkləməkdənboyun qaçırıb", -qurumdan əlavə olunub.

Bildirilir ki, 17 fevral açıqlaması ilə “Amnesty International” bumücərrəd cavabın səbəblərini bir daha göstərib.

“Amnesty International” özünün kağız üstündə bəyan etdiyi nəcibdəyərlərə xəyanət edərək işğalçının, etnik təmizləmə, bir həftəsonra 34-cü ildönümü anılacaq Xocalı soyqırımını törədən canilərinyanında olduğunu, insan haqlarına, insan iztirablarına, humanitarfəlakətlərə yalnız siyasi prizmadan yanaşdığını nümayişetdirib.

“Amnesty International” belə saxtakar mövqeyi ilə bu gün dünyadabeynəlxalq təsisatlara etibarın kəskin şəkildə zədələnməsinə öz“töhfəsi”ni verməkdədir", - məlumatda qeyd olunub.

Seçilən
65
19
az.trend.az

10Mənbələr