EN

İrəvanda atışma: ölü və yaralılar var

İrəvanın Acapnyak rayonunda silahlı atışma baş verib.

News365.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, atışma nəticəsində 7 nəfər yaralanıb. Onlardan biri xəstəxanada ölüb, iki nəfərin isə vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları təcili əməliyyat-istintaq tədbirləri görürlər.

Chosen
52
news365.az

1Sources