Bakı. Trend:
Mərkəzi Bankın 2026-cı ilin fevral proqnozlarına əsasən cariildə real iqtisadi artımın ümumi ÜDM üzrə 2.4%, qeyri-neftqaz ÜDMüzrə isə 4.0% olacağı gözlənilir.
Trend bubarədə Mərkəzi Banka istinadən xəbər verir.
Proqnozlara görə, 2026-cı ildə ümumi ÜDMin artımına neft-qazsektoru azaldıcı, qeyrineft-qaz sektoru isə artırıcı təsir edəcək.Cari ildə qeyri-neft-qaz sektorunda artımın əsas drayverləri evtəsərrüfatlarının son istehlak xərcləri, mal və xidmətlərin xalisixracı və əsas fondların ümumi yığımının olacağı gözlənilir.
“2027-ci ildə iqtisadi artım tempinin ümumi və qeyri-neft-qazsektorları üzrə müvafiq olaraq 2.9% və 4.3% olacağıproqnozlaşdırılır. Proqnozlara görə 2027-ci ildə də ümumi ÜDM-inartımına neft-qaz sektoru azaldıcı, qeyri-neft-qaz sektoru isəartırıcı təsir edəcəkdir. 2027-ci ildə qeyri-neftqaz sektorununartımını 2026-cı ildə olduğu kimi ev təsərrüfatlarının son istehlakxərcləri, mal və xidmətlərin xalis ixracı və əsas fondların ümumiyığımı şərtləndirəcək. Qeyd edək ki, neft-qaz sektoru üzrəproqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. Belə ki,neft-qaz sektorunda 2026- cı ilə -2.4%, 2027-ci ilə -1.3% realazalma proqnozlaşdırılır10. 2026 və 2027-ci illər üzrəqeyri-neft-qaz sektorunda iqtisadi artım proqnozunun reallaşması,əsasən, daxili və xarici məcmu tələbin dinamikasından asılı olacaq.2025 və 2026-cı illər üzrə qeyri-neftqaz sektorunda iqtisadi artımproqnozunun reallaşması, əsasən, daxili məcmu tələbindinamikasından asılı olacaq”, - məlumatda qeyd edilib.