EN

Təyyarədə poverrbank istifadəsi qadağanEDİLƏCƏK

NHK telekanalının yaydığı məlumata görə, Yaponiya hökuməti apreldən etibarən təyyarə salonunda xarici batareyalardan (poverbanklardan) istifadəyə qadağa qoymağa hazırlaşır. Qərar həm Yaponiyaya gələn, həm də ölkədən uçan reyslərə şamil olunacaq.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata əsasən, Japan Ministry of Land, Infrastructure, Transport and Tourism bu addımı mobil akkumulyatorların təyyarə salonlarında alışma və tüstülənmə hallarının artması səbəbindən atmağı planlaşdırır.

Gözlənilir ki, yeni qaydalar mart ayında təsdiqlənəcək və müvafiq normativ aktlara dəyişiklik ediləcək. Planlaşdırıldığı kimi, məhdudiyyətlər apreldən qüvvəyə minə bilər.

Yeni qaydalara əsasən, uçuş zamanı sərnişinlərin pauərbank vasitəsilə telefon və digər qurğuları enerji ilə doldurmasına icazə verilməyəcək. Eyni zamanda, təyyarə salonundakı rozetkalar vasitəsilə pauərbankların özlərinin də doldurulması qadağan olunacaq.

Nuriyyə NATİQQIZI

Chosen
79
1
redaktor.az

2Sources