EN

Virus sürətlə yayılır, 800 min nəfər yoluxub

Rusiya ölkənin bir çox regionunda ARVI (kəskin respirator virus infeksiyaları) epidemiyası ilə üzləşib.

Publika.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, karantin tədbirləri ən azı 20 regionda tətbiq olunub. Nəticədə Perm bölgəsində 43 təhsil müəssisəsi və 47 uşaq bağçası müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

İnfeksionistlər qeyd edirlər ki, xəstəlik halları hələ pik həddə çatmayıb, amma növbəti iki-üç həftə ərzində yoluxanların sayının artacağı gözlənilir.

Mütəxəssislər vətəndaşlara kütləvi yerlərdən çəkinməyi, evləri müntəzəm olaraq havalandırmağı və mümkün olduqda evdə qalmağı tövsiyə edirlər.

Chosen
34
publika.az

1Sources