EN

"Sabah"ın futbolçusu 4 oyunluq diskvalifikasiya edildi

AFFA İntizam Komitəsinin son iclasında Əvəzedicilər Liqasının 16-cı turundakı qayda pozuntularına hüquqi qiymət verilib.

Fanat.Az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

“Sabah-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Sabah-2” komandasının 24 nömrəli futbolçusu Emil Əmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəza alıb, “Sabah-2” komandası 1000 manat cərimə edilib.

“Qarabağ-2” – “Qəbələ-2” oyununun 80-ci dəqiqəsində “Qarabağ-2” komandasının 25 nömrəli futbolçusu Cavid Məlikov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Qarabağ-2” komandası 50 manat cərimə edilib. “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilib.

Chosen
9
fanat.az

1Sources