EN

Deputat gənclərin kəndlərdə qalması üçün sosial ev və güzəştləri təklif etdi

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Milli Məclisin deputatı Razi Nurullayev kənd və rayonlarda insanların qalmasını təmin etmək yollarından danışıb.

Gununsesi.info-bildirir ki, o bildirib ki, insanları kəndlərdə və rayonlarda saxlamaq üçün onlara iş yeri və mənzil təmin edilməlidir.

“Bundan əlavə, komunal xidmətlər üzrə güzəştlərin tətbiqi də vacibdir”,-deyə o əlavə edib.

Deputat qeyd edib ki, sosial evlərin rayonlarda tikilişi sürətləndirilməli, gənclərə qazandıqları məvaciblə ödəyə biləcəkləri daha münasib şərtlər təqdim olunmalıdır.

“Eyni zamanda, gənclərin ev sahibi olması üçün stimullaşdırıcı tədbirlər görülməli, dövlət səviyyəsində isə iş adamları üçün müəyyən təşviq mexanizmləri yaradılmalıdır”,-deyə o əlavə edib.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
89
icma.az

1Sources