EN

Ərdoğandan XƏBƏRDARLIQ: İran müharibəsi heç kimə fayda verməyəcək, əksinə...

İranı hədəf alan yeni bir müharibə heç kimə fayda verməyəcək; əksinə, bölgəmiz uduzacaq.

Ölkə.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, İran və ABŞ arasındakı problemlərin dialoq yolu ilə həll olunmasını istəyirik:

“Hər iki ölkə ilə yüksək səviyyəli əlaqələr saxlayırıq. Biz divarlar tikmirik və ya münaqişələri alovlandırmırıq; əksinə, körpülər qururuq və sülh üçün təməl yaradırıq. İrana qarşı yeni müharibə heç kimə heç bir qazanc gətirməyəcək, əksinə, bölgəmiz yalnız uduzacaq. Biz sülhə sadiq qalırıq və bu məsələyə müsbət ümidlərlə yanaşırıq. Belə bir hərbi eskalasiyanın və artan gərginliyin bölgəmizdə daha böyük qeyri-müəyyənliyə səbəb olacağını izah etməyə davam edəcəyik. Diplomatiya qapısı açıq olduğu müddətcə ümid var. Biz bu ümidi qoruyub saxlayacaq və gücləndirəcəyik", - Ərdoğan vurğulayıb. 

Mürtəza

Chosen
29
1
olke.az

3Sources