AZ

İrana qarşı yeni müharibə regiona fayda verməyəcək - Ərdoğan

"İrana qarşı yeni müharibə regiona fayda verməyəcək. Əksinə, uduzan tərəf region ölkələri olacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında jurnalistlərə bildirib.

"İran və ABŞ arasındakı problemlərin dialoq yolu ilə həll olunmasını istəyirik. Hər iki ölkə ilə yüksək səviyyəli əlaqələr saxlayırıq", - deyə Türkiyə lideri söyləyib.

O əlavə edib ki, İran və ABŞ prezidentləri ilə telefon danışıqları aparıb.

Aynur Babazadə

Seçilən
13
1
bakivaxti.az

3Mənbələr